MƏHSULLAR

Müasir istilik və mühəndislik sistemləri üçün yüksək keyfiyyətli və etibarlı məhsullar təqdim edirik. Məhsul portfelimiz müxtəlif layihələrin texniki tələblərinə uyğun seçim imkanları yaradaraq komfort, enerji səmərəliliyi və uzunmüddətli istismar üstünlüklərini təmin edir.

Brendlərimiz

İstilik sistemləri sahəsində ixtisaslaşan DEVI elektrikli döşəmə isitmə və buzəritmə həlləri ilə komfort və enerji səmərəliliyi təmin edir.

Dünya səviyyəsində tanınan aparıcı istehsalçıların müasir texnologiyalarını Azərbaycana təqdim edirik. Keyfiyyətli və etibarlı məhsul portfelimiz müxtəlif layihələrin tələblərinə uyğun optimal istilik və mühəndislik həlləri yaratmağa imkan verir.

DEVİcomfort
DEVİcomfort — döşəmənin hündürlüyünü artırmadan, mala örtüyü sıfır səviyyədə (nazik təbəqə şəklində) çəkilən hallarda tətbiq olunur.
DEVIreg 330 (140F1072)
DEVIreg 330 (140F1072) — elektrik şkafları üçün DIN relsə quraşdırılan sənaye termostatıdır. Displeysizdir, məftil (naqil) sensoru ilə işləyir, temperatur diapazonu 5–45°C, maksimum yük 16 A. Sensoru döşəmə isitmə kabelinin idarəsi üçün istifadə olunur
DEVIreg Basic (140F1160)
DEVIreg Basic (140F1160) — elektrik döşəmə isitmə sistemlərinin idarəsi üçün proqramlaşdırıla bilən döşəmə termostatıdır. Döşəmə sensoru ilə işləyir (0–35°C), taymer və proqramlaşdırma funksiyaları var, maksimum yük 16 A / 3680 W. Bluetooth vasitəsilə mobil tətbiqə qoşula bilər, manual tənzimləmə üçün fırlanan diyircək mövcuddur, 55x55 mm çərçivələrlə uyğundur
DEVIreg Room (140F1161)
DEVIreg Room (140F1161) — həm otaq, həm döşəmə temperaturunu ölçən proqramlaşdırıla bilən termostatdır (otaq: 4–35°C, döşəmə: 4–45°C). LED indikatorlu, PWM (İmpuls Eni Modulyasiyası) ilə tənzimləmə aparır, maksimum yük 16 A / 230 V. DEVI Control App vasitəsilə quraşdırma sihirbazı var, donma əleyhinə qoruma (5°C) mövcuddur. Ağ rəngdə (RAL 9010), ölçüləri 85×85×24 mm
DEVIfast 25m Metal
DEVIfast 25m Metal — döşəmə isitmə kabelini bərkitmək üçün metal bənddir (montaj zolağı), uzunluğu 25 metr. 2,5 sm intervallı bərkitmə klipslərinə malikdir, kabel döngələri arasındakı məsafəni (5, 7,5, 10 sm və s.) dəqiq tənzimləməyə imkan verir. Adətən döşəməyə paralel xətlərlə (hər 50 sm-də bir, maksimum 1 m) bərkidilir; DEVIflex, DEVIsnow kimi kabellərlə istifadə olunur
DEVIreg Smart (140F1141)
DEVIreg Smart (140F1141) — Wi-Fi ilə idarə olunan, sensor ekranlı termostatdır. Otaq və döşəmə temperaturunu ölçür (döşəmə: 5–45°C, otaq: 5–35°C), maksimum yük 16 A / 230 V. DEVIsmart App vasitəsilə smartfondan uzaqdan idarə edilir, gündəlik proqramlaşdırma funksiyası var. Ağ rəngdə, divar (gizli) qutuya quraşdırılır
DEVIreg Touch (140F1068)
DEVIreg Touch (140F1068) — sensor ekranlı termostatdır. Həm otaq, həm döşəmə temperaturunu ölçür (döşəmə: 5–45°C, otaq: 5–35°C), maksimum yük 16 A / 3680 W, ağ rəngdə, divar quraşdırması üçün nəzərdə tutulub, taymer funksiyası mövcuddur
DEVIreg Opti (140F1055)
DEVIreg Opti (140F1055) — displeyli, proqramlaşdırılan termostatdır. Həm otaq, həm də döşəmə temperaturunu ölçən sensorla təchiz olunub (döşəmə: 5–45°C, otaq: 5–35°C). Divara quraşdırılır, gündəlik/həftəlik proqram rejimi var, əsasən elektrik döşəmə isitmə sistemləri üçün istifadə olunur.
DEVIreg ru 130 (140F1010)
DEVIreg ru 130 (140F1010) — döşəmə isitmə sistemləri üçün nəzərdə tutulmuş termostatdır. Döşəmə sensoru vasitəsilə temperaturu ölçür (5–45°C aralığında), displeysiz, divar quraşdırma üçündür
DEVIsnow 30T
DEVIsnow 30T — açıq sahələrdə (yol, pilləkən, dam novları və s.) qar və buzun əriməsi üçün istifadə olunan isitmə kabelidir.
DEVIreg 330 (140F1070)
DEVIreg 330 (140F1070) — borular üçün donmadan qorunma termostatıdır. Elektrik şkaflarında DIN relsə quraşdırılır, temperatur diapazonu -10°C ilə +10°C arasındadır (aşağı temperaturların tənzimlənməsi üçün), naqil (məftil) sensoru ilə işləyir, displeysizdir, maksimum yük 16 A