MƏHSULLAR

Müasir istilik və mühəndislik sistemləri üçün yüksək keyfiyyətli və etibarlı məhsullar təqdim edirik. Məhsul portfelimiz müxtəlif layihələrin texniki tələblərinə uyğun seçim imkanları yaradaraq komfort, enerji səmərəliliyi və uzunmüddətli istismar üstünlüklərini təmin edir.

Brendlərimiz

Danfoss istilik sistemləri, avtomatlaşdırma və enerji idarəetməsi üzrə innovativ texnologiyaları ilə səmərəli və etibarlı həllər təqdim edir.

Dünya səviyyəsində tanınan aparıcı istehsalçıların müasir texnologiyalarını Azərbaycana təqdim edirik. Keyfiyyətli və etibarlı məhsul portfelimiz müxtəlif layihələrin tələblərinə uyğun optimal istilik və mühəndislik həlləri yaratmağa imkan verir.

Danfoss SSM-9F (088U0759)
Danfoss SSM-9F (088U0759) — su ilə isidilən döşəmə isitmə sistemləri üçün kollektordur (paylayıcıdır), paslanmayan poladdan hazırlanıb, 9 dövrə (kontur) üçün nəzərdə tutulub, axın ölçən (flowmeter) ilə təchiz olunub. İş təzyiqi 6 bar, hər dövrə ayrıca bağlana bilər, termik ötürücülər (TWA-A) üçün uyğunlaşdırılıb, birləşmə aralığı 50 mm, boru bağlantısı 3/4″ (Eurokonus)
Danfoss 013G4186
Danfoss 013G4186 — Alupex boru üçün sıxma fitinqidir (kompressiya birləşməsi), ölçüsü 16×2 mm, G 3/4″ birləşmə diş açması ilə. Su ilə isidilən döşəmə isitmə sistemlərinin kollektoruna boruların birləşdirilməsi üçün istifadə olunur.
Danfoss FHF-BV (088U0822)
Danfoss FHF-BV (088U0822) — döşəmə isitmə kollektorunu isitmə sisteminə qoşmaq üçün 2 ədəd kürəvi kranlardan ibarət dəstdir (1″ / G 1″ diş açması). Qırmızı dəstəkli kran — gediş (podача), mavi dəstəkli kran — qayıdış (обратка) üçündür. Xidmət, doldurma və ya hava buraxma zamanı axının tam bağlanmasını təmin edir. Termometr üçün yeri var (088U0029 sensoru quraşdırıla bilər), pirinçdən hazırlanıb.
Danfoss FHF-MB (088U0585)
Danfoss FHF-MB (088U0585) — döşəmə isitmə kollektorunu divara bərkitmək üçün montaj mötərizələri dəstidir (2 ədəd). SSM, FHF və digər Danfoss kollektor seriyaları ilə uyğundur.
Danfoss 088X0878
Danfoss 088X0878 — döşəmə isitmə sistemləri üçün PEX-A borudur, ölçüsü 16×2 mm, uzunluğu 600 metr (rulon). Oksigen bayeri (əleyhinə) qatına malikdir, işçi təzyiqi 6–8 bar, maksimum temperatur 95°C, qırmızı rəngdədir
Danfoss FHD-T (088U0029)
Danfoss FHD-T (088U0029) — döşəmə isitmə kollektorunun gediş/qayıdış temperaturunu ölçmək üçün termometrdir. Ölçmə diapazonu 0–60°C, diametri 35 mm, kürəvi kranın (məsələn, 088U0822) üzərindəki termometr yuvasına quraşdırılır
Danfoss SSM-AV (088U0945)
Danfoss SSM-AV (088U0945) — kollektorun ucluq bölməsidir, avtomatik hava buraxıcı klapanla təchiz olunub. İsitmə sistemindən havanı əl ilə müdaxilə etmədən avtomatik şəkildə çıxarmaq üçün istifadə olunur. Pirinçdən hazırlanıb, birləşmə G1/2″
Danfoss FH-CWF (088U0610)
Danfoss FH-CWF (088U0610) — Danfoss BasicPlus / BasicPlus2 otaq termostatları üçün döşəmə temperatur sensorudur. Naqilin uzunluğu 3 metrdir, döşəmə isitmə sisteminin temperaturunu ölçərək termostata ötürür.
Danfoss BasicPlus2 WT-D (088U0622)
Danfoss BasicPlus2 WT-D (088U0622) — displeyli, divara (gizli qutuya) quraşdırılan otaq termostatıdır, 230 V gərginliklə işləyir. Su ilə isidilən döşəmə isitmə sistemlərinin otaq temperaturunu tənzimləmək üçün istifadə olunur.
Danfoss TWA-A (088H3112)
Danfoss TWA-A (088H3112) — döşəmə isitmə kollektorunun klapanları üçün termoaktuatordur (termik ötürücü), gərginliyi 230 V, tipi NC (normal bağlı). Danfoss RA birləşməsi ilə uyğundur, klapanı elektrik siqnalı ilə açıb-bağlamaq üçün istifadə olunur, adətən otaq termostatı ilə birlikdə işləyir
Danfoss AB-PM DN25 (003Z1404)
Danfoss AB-PM DN25 (003Z1404) — avtomatik kombinə edilmiş balanslaşdırma klapanıdır. Bir kompakt korpusda üç funksiyanı birləşdirir: təzyiq fərqinin tənzimlənməsi, xətti xarakteristikaya malik tənzimləyici klapan və axının məhdudlaşdırılması. DN25 ölçüsündə, xarici diş açması G 1¼″ (ISO 228/1), iş təzyiqi PN16. İsitmə sistemlərində termostatik radiator klapanları ilə birlikdə səs-küysüz və dəqiq balanslaşdırma təmin edir.