İstilik, soyutma və iqlim sistemlərinin Azərbaycana idxalı, təchizatı və peşəkar quraşdırılması üzrə fəaliyyət göstərən şirkətdir. Şirkət DEVI, Danfoss, FENIX və REHAU kimi dünya üzrə tanınmış brendlərin məhsullarını təqdim edir.
Thermo Impulse yaşayış, kommersiya və sənaye layihələri üçün məhsul seçimindən başlayaraq texniki məsləhət, sistemlərin layihələndirilməsi, quraşdırılması, sazlanması və satışdan sonrakı texniki xidmətə qədər kompleks həllər təqdim edir.
Məqsədimiz müştərilərimizə yalnız məhsul deyil, düzgün seçilmiş, peşəkar quraşdırılmış və uzunmüddətli səmərəli işləyən istilik və iqlim sistemləri təqdim etməkdir.



